Vesti.az-ın TASS-a istinadən verdiyi məlumata görə, agentliyin yeni rəhbəri İqor Çayka təyin edilib.

Sənədə əsasən, Çayka əvvəlki vəzifəsindən azad edilib və MDB, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri təyin edilib.

Digər fərmanla Putin agentliyin keçmiş rəhbəri Yevgeni Primakovu vəzifəsindən azad edib.

Müvafiq qərarlar dövlət başçısının ayrı-ayrı fərmanları ilə rəsmiləşdirilib.

Qeyd edək ki, İqor Çayka Rusiyanın keçmiş baş prokuroru Yuri Çaykanın oğludur.