Report xəbər verir ki, bunu Qayıbov jurnalistlərə bildirib.

Nazir ilk dəfə Ağdərədə beynəlxalq yarışların keçirilməsinin əhəmiyyətini vurğulayıb:

"Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında azad edilmiş ərazilərdə idman tədbirləri keçirilir. Onların bir çoxu beynəlxalq turnirlərdir. Avarçəkmə üzrə bu, artıq beşinci tədbirdir. "Prezident Kuboku" reqatası Suqovuşan və Kəndələnçayda keçirilib. Burada kifayət qədər çox ölkə iştirak edir. Bu, bizim üçün sevindiricidir. Hər birinizi növbəti idman bayramı münasibətilə təbrik edirəm".

Qeyd edək ki, "Prezident Kuboku 2026" beynəlxalq reqatasının rəsmi açılış mərasimi sabah Mingəçevirdə keçiriləcək. Yarışlarda Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox idmançı iştirak edəcək.

Reqata mayın 1-də başa çatacaq.