Vesti.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə birgə mətbuata bəyanatında deyib.

Bu sahənin miqyasının genişləndirilməsinə əminliyini ifadə edən dövlət başçısı qeyd edib: «Azərbaycan müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin etdiyindən, gələcəkdə bu sahədə böyük təcrübəyə malik Çexiya kimi ölkələrlə qarşılıqlı əlaqəmiz xüsusi əhəmiyyət kəsb edir».