Report-un Şuşa şəhərindən olan müxbirinin verdiyi məlumata görə, tədbirdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri iştirak edir.

Yaxın günlərdə İQT-nin Turizm üzrə Yüksək Səviyyəli Ekspert Qrupunun 9-cu iclası, Qastronomiya Günü, həmçinin İQT-nin Turizm Nazirlərinin 7-ci görüşünün keçirilməsi planlaşdırılır.

2023-cü ildə İQT ölkələrinin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı il üçün “İQT-nin Turizm Paytaxtı” elan edilib.

Tədbirlər Nazirlər Kabinetinin tədbirlər planına uyğun olaraq təşkil edilir.