Bakıda və Abşeron yarımadasında sabah dəyişkən buludlu, arabir buludlu, əsasən yağmursuz hava gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi proqnozlaşdırılır. Bu barədə Day.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 9-13° isti, gündüz 13-16° isti olacaq.