Day.Az xəbər verir ki, şirniyyatın tamamilə qadağan olunmasına ehtiyac yoxdur, lakin onu ölçülü qəbul etmək vacibdir.

Mütəxəssislərin sözlərinə görə, dondurmanı günün əvvəlində və ya əsas yeməkdən sonra yemək qan şəkərinin kəskin yüksəlməsini azaltmağa kömək edə bilər. Zülal, yağ və liflə zəngin qidalarla birlikdə qəbul edildikdə qlükozanın artımı daha yavaş baş verə bilər.

Diyetoloqlar porsiyaya nəzarət etməyi, daha az karbohidratlı seçimlərə üstünlük verməyi və dondurmadan sonra qısa gəzinti etməyi tövsiyə edirlər. Giləmeyvə, qoz-fındıq və toxumlarla birlikdə istehlak isə şəkər təsirini azaltmağa kömək edə bilər.