İdman.Biz xəbər verir ki, komanda yarımmüdafiəçi Xəyal Tomarov və qapıçı Emil Həbibovu heyətinə qatıb.
27 yaşlı Tomarovla 1+1 illik, 21 yaşlı Həbibovla isə birillik müqavilə imzalanıb.
Tomarovun son klubu "Şəfa", Həbibovun son komandası isə "Cəbrayıl" olub.
Qeyd edək ki, "Şahdağ Qusar" 2025/2026 mövsümündə Azərbaycan Birinci Liqasını 43 xalla beşinci pillədə başa vurub.