Gənclər və İdman Nazirliyindən AZƏRTAC -a bildirilib ki, səfər çərçivəsində İndira Hacıyeva BMT Gənclər Ofisinin rəhbəri, BMT Baş katibinin Gənclər Məsələləri üzrə köməkçisi Felipe Paullier ilə görüşüb. Görüşdə BMT Gənclər Ofisi ilə Azərbaycan arasında əməkdaşlıq imkanları və azərbaycanlı gənclərin Ofisin gələcək təcrübə proqramlarında iştirakı məsələləri müzakirə olunub.

Səfər çərçivəsində Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi çərçivəsində AQEM Katibliyi və Qazaxıstanla birgə "AQEM üzv dövlətlərində Könüllülük" adlı fotosərginin açılışı keçirilib. Həmçinin "AQEM üzv dövlətlərində Könüllülük üzrə ən yaxşı təcrübələr" mövzusunda yan tədbir baş tutub.