Məlumata görə,, bu markalı xam neftin həftə ərzində maksimum qiyməti bir barel üçün 86,55 ABŞ dolları, minimum qiyməti isə 80,06 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin orta qiyməti bir barel üçün 80,73 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 12,76 ABŞ dolları və ya 13,6 faiz azdır.
Həftə ərzində bu neft markasının ən yüksək qiyməti 84,30 ABŞ dolları, ən aşağı qiyməti isə 77,88 ABŞ dolları olub.
"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 13,28 ABŞ dolları və ya 19,4 faiz azalaraq bir barel üçün 55,12 ABŞ dolları təşkil edib. Həftə ərzində bu markanın maksimum qiyməti 59,11 ABŞ dolları, minimum qiyməti isə 51,95 ABŞ dolları olub.
"Dated Brent" markalı neftin orta qiyməti isə bir barel üçün 80,70 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 13,4 ABŞ dolları və ya 14,2 faiz azdır. Həftə ərzində bu markanın maksimum qiyməti 84,45 ABŞ dolları, minimum qiyməti isə 77,50 ABŞ dolları olub.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий