Sumqayıt şəhərində partlayış hadisəsi qeydə alınıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə 42-cı məhəllədə yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var. Hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ərazidə təhlükəsizlik tədbirləri görülür.

Faktla bağlı araşdırma aparılır, partlayışın başvermə səbəbləri müəyyənləşdirilir.