Məlumata görə, hasilatın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4 milyon kubmetr və ya 0,12 faiz artıb.

Ötən ilin yanvar-may aylarında ölkədə təbii qaz hasilatı 20,911 milyard kubmetr təşkil edib.traflı

Hesabat dövründə 16,305 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 112,4 milyon kubmetr və ya 0,7 faiz çoxdur.

Ötən ilin yanvar-may aylarında ölkədə 16,193 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub.

Ümumilikdə, Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,7 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalıb.

Bundan başqa, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin ilk 5 ayında Azərbaycandan 3,344 milyard ABŞ dolları dəyərində 10,381 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə təbii qaz ixracının dəyəri 489,8 milyon ABŞ dolları və ya 12,8% azalıb, həcmi isə 110,2 milyon ton və ya 1,1% artıb.