Day.Az Trend -ə istinadən xəbər verir ki, memorandumun imzalanmasında əsas məqsəd qurumlar arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində təcrübə və informasiya mübadiləsinin aparılması, institusional əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsidir.

Ombudsman Səbinə Əliyeva bildirib ki, imzalanmış Anlaşma Memorandumu iki ölkənin ombudsman təsisatları arasında əməkdaşlığın güclənməsinə və insan hüquqlarının daha səmərəli müdafiəsinə töhfə verəcək:

"İmzalanmış Anlaşma Memorandumu hər iki ölkənin ombudsman təsisatları arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə şərait yaradacaq."