- Азербайджанский Центральный банк (AMB) и Нью-Йоркский Федеральный Резервный Банк обсудили перспективы углубления сотрудничества.
- Заместитель председателя Центрального банка Али Ахмедов встретился с делегацией Нью-Йоркского Федерального Резервного Банка.
- На встрече обсуждались глобальные экономические тенденции, актуальные вызовы для центральных банков и вопросы управления валютными резервами.
- Стороны обсудили перспективы дальнейшего углубления долгосрочного сотрудничества.
- В октябре 2025 года делегация AMB во главе с председателем Талехом Казымовым провела встречи с представителями ведущих международных финансовых институтов, включая Нью-Йоркскую Федеральную Резервную Систему.
Day.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, Mərkəzi Bankın sədr müavini Əli Əhmədov Nyu-York Federal Ehtiyatlar Bankının nümayəndə heyəti ilə görüşüb:
"Görüş zamanı qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə olunan tendensiyalar, mərkəzi bankların üzləşdiyi aktual çağırışlar, eləcə də valyuta ehtiyatlarının idarə olunması sahəsində aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb"
.
"Tərəflər həmçinin Mərkəzi Bank ilə Nyu-York Federal Ehtiyat Bankı arasında uzunmüddətli əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər"
, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, bu, AMB ilə aparıcı beynəlxalq maliyyə institutları arasında davam edən əməkdaşlıq xəttinin növbəti mərhələsidir. Belə ki, 2025-ci ilin oktyabrında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində Nyu-York Federal Ehtiyat Sistemi də daxil olmaqla bir sıra aparıcı beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirib.
Həmin görüşlərdə Abu-Dabi Kommersiya Bankı, "Mizuho Bank", "UBS" və Nyu-York Federal Ehtiyat Sistemi ilə qlobal makroiqtisadi vəziyyət, Azərbaycanın maliyyə sektorunun inkişaf perspektivləri və maliyyə institutları arasında tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Mərkəzi Bank həmin görüşlərin beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsi və strateji dialoqun dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Görüş zamanı qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə olunan tendensiyalar, mərkəzi bankların üzləşdiyi aktual çağırışlar, eləcə də valyuta ehtiyatlarının idarə olunması sahəsində aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Комментарии
Загрузка…
Оставить комментарий