Day.Az Trend-ə istinadən bildirir ki, hadisə avqustun 6-da saat 15 radələrində yolun 147-ci kilometrliyində qeydə alınıb.

Belə ki, "Nissan Qashqai" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə sərnişin qismində olan 1965-ci il təvəllüdlü, Salyan rayonunun Kolanı kənd sakini Aydın Əmrah oğlu Allahyarov ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılsa da, o, aldığı xəsarətlərdən Şirvan Şəhər Mərkəzi Xəstəxanasında vəfat edib.