- Экзамен по азербайджанскому языку (государственному) состоится 21 июня.
- Участники: абитуриенты, не сдававшие экзамен 3 мая или получившие неудовлетворительную оценку, а также выпускники текущего года, пропустившие экзамен 3 мая.
- Регистрация проходила с 25 мая по 2 июня.
- Участники должны иметь при себе оригинал удостоверения личности и пропуск на экзамен.
- При отсутствии фото в удостоверении требуется справка с фото от учебного заведения.
İyunun 21-də keçiriləcək Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.
Day.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, Azərbaycan dili (dövlət dili) imtahanında 25 may - 2 iyun tarixlərində qeydiyyatdan keçən aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (şagirdlər) iştirak edəcəklər:
- Ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 3-də keçirilən imtahanda iştirak etməyən və ya iştirak edib "qeyri-məqbul" qiymət alan cari və əvvəlki illərin abituriyentləri. Bu kateqoriyaya aid olan abituriyentlər imtahana buraxılış vərəqəsini bu link dən çap etməlidirlər.
- Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il mayın 3-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən cari ilin məzunları. Bu şagirdlər buraxılış vərəqəsini bu link dən çap etməlidirlər.
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qeyd edək ki, imtahanda iştirak edəcək şəxs imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi" mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, həmin şəxs imtahana buraxılmayacaq.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий