- Госпрограмма на 2026-2030 годы направлена на развитие сельского хозяйства, рыболовства и аквакультуры.
- Основная цель - повышение продуктивности, доходов и добавленной стоимости в аграрном секторе.
- Меры включают модернизацию орошения, укрепление семеноводства и племенной базы, улучшение финансовых и страховых механизмов.
- Обсуждалась в Агджабеди на региональном совещании Карабахского экономического района.
- Помощник президента Азербайджана Шахмар Мовсумов подчеркнул важность обратной связи с фермерами.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Ağcabədi rayonunda "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsinə həsr olunmuş Qarabağ iqtisadi rayonu üzrə regional müşavirədə deyib.
Onun sözlərinə görə, Dövlət Proqramında məhsuldarlığın artırılması, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, toxumçuluq və damazlıq bazasının gücləndirilməsi, aqrar maliyyə və sığorta mexanizmlərinin təkmilləşdirilməsi, emal və logistika infrastrukturunun inkişaf etdirilməsi, ixrac imkanlarının genişləndirilməsi, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafı üzrə geniş tədbirlər nəzərdə tutulub:
"Proqramın əsas məqsədi aqrar sahədə mövcud potensialın daha yüksək məhsuldarlığa, daha yüksək gəlirə və daha böyük əlavə dəyərə çevrilməsini təmin etməkdir. Bu məqsədlə nəzərdə tutulan tədbirlər fermerlərin məhsuldarlığını və gəlirlərini artırmağa, istehsal xərclərini azaltmağa, bazarlara çıxış imkanlarını genişləndirməyə və kənd təsərrüfatını daha gəlirli və rəqabətqabiliyyətli fəaliyyət sahəsinə çevirməyə xidmət edir".
Ş.Mövsümov əlavə edib ki, bugünkü müzakirələr Dövlət Proqramının daha səmərəli icrasına, qarşıda duran vəzifələrin düzgün müəyyənləşdirilməsinə və aqrar sahədə daha yüksək nəticələrin əldə olunmasına mühüm töhfə verəcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий