- Внедрение современных оросительных систем расширится до 300 тыс. га к 2030 году
- Целевые районы по производству пшеницы: 22 района, средняя урожайность 50 ц/га
- Субсидирование процентной ставки по кредитам до 19% годовых для фермеров
- Внедрение механизма дополнительной субсидии для пользователей лазерного выравнивания
- Госпрограмма на 2026-2030 годы утверждена президентом 25 мая 2026 года
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova İsmayıllıda Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsinə həsr olunmuş Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.
Nazir müavini bildirib ki, Dövlət Proqramına əsasən, ölkədə buğda istehsalı üzrə 22 rayon hədəf rayon kimi müəyyənləşdirilib və Ağsu rayonu da həmin siyahıya daxildir:
"Hədəf rayonlarda orta məhsuldarlığın 50 sentnerə, dəmyə rayonlarında isə 30 sentnerə çatdırılması nəzərdə tutulur. Fermerlərin maliyyə yükünün azaldılması məqsədilə birillik əkinlərin istehsalı üçün verilən kreditlərin illik faiz dərəcəsinin 19 faizə qədər olan hissəsi dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq".
O əlavə edib ki, lazer hamarlama texnologiyasından istifadə edən fermerlər üçün əlavə məhsul subsidiyası mexanizmi tətbiq ediləcək. Bu çərçivədə fermerlərin istehsal etdikləri məhsulu dəyirmanlara təhvil verdiyi hər tona görə həm fermerə, həm də dəyirmana əlavə dəstək veriləcək.
İlhamə Qədimova vurğulayıb ki, Dövlət Proqramı çərçivəsində müasir suvarma sistemləri quraşdırılmış sahələrin həcminin hazırkı 130 min hektardan 2030-cu ilədək 300 min hektara çatdırılması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"
nın müzakirəsi məqsədilə bu gündən regional müşavirələrə başlanılıb. Regional müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir.
Bu görüşlər Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə sistemli şəkildə təşkil olunur.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий