- Начало региональных консультаций по Государственной программе развития сельского хозяйства, рыболовства и аквакультуры на 2026-2030 годы.
- Консультации охватят экономические районы: Меркези-Аран, Даглыг-Ширван, Гянджа-Дашкесан, Карабах и Восточный Зангезур.
- Мероприятия организованы по поручению Президента Ильхама Алиева с участием помощников президента, глав госорганов, фермеров и предпринимателей.
- Обсуждаются цели программы, новые механизмы поддержки, эффективное использование водных и земельных ресурсов, развитие переработки и логистики.
- Консультации проводятся для выполнения задач, поставленных на совещании по сельскому хозяйству 25 мая 2026 года.
Day.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının icrası çərçivəsində keçiriləcək müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edəcək.
Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunan tədbirlərdə Prezidentin köməkçiləri, aidiyyəti dövlət qurumlarının rəhbərləri, səlahiyyətli nümayəndələr, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, fermerlər, sahibkarlar və digər maraqlı tərəflər iştirak edəcəklər.
Müşavirələr zamanı Dövlət Proqramının əsas məqsəd və prioritetləri, aqrar sahədə yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, dövlət dəstəyi tədbirləri və digər aktual məsələlər müzakirə olunacaq.
Regional müşavirələr Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilən tapşırıqların icrası, eləcə də Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilir.
Dövlət Proqramının icrası ilə bağlı regional müşavirələrin ölkənin digər iqtisadi rayonlarında da mərhələli şəkildə keçirilməsi nəzərdə tutulur
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий