Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda keçirilən Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsinə həsr olunmuş Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

İcra başçısı bildirib ki, müəssisə fəaliyyətə başladıqdan sonra ənənəvi İvanovka kərə yağının daha böyük həcmdə və müasir standartlara uyğun istehsalına, eyni zamanda müxtəlif növ süd məhsullarının istehsalına imkan verəcək.

"Burada, ənənəvi çeşidlərlə yanaşı, yüksək keyfiyyətli kərə yağından tutmuş, Avropa və milli tipli pendir növlərinə, qaymaq, kəsmik və digər ağartı məhsullarına qədər geniş spektrdə, minlərlə ton həcmində rəqabətqabiliyyətli məhsul istehsalı təşkil olunacaq", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"

nın müzakirəsi məqsədilə bu gündən regional müşavirələrə başlanılıb. Regional müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir.

Görüşlər Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə sistemli şəkildə təşkil olunur.