Report-un məlumatına görə, tərəflər qeyd ediblər ki, gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35 ili tamam olur. Əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanların olduğu vurğulanıb.

Tərəflər həmçinin Sudanın Suveren Keçid Şurasının sədri Əbdül Fəttah əl-Burhanın 2019 və 2024-cü illərdə Azərbaycana səfərlərini, eləcə də ötən il Antalya Diplomatik Forumu çərçivəsində onun ölkə rəhbərliyi ilə görüşünü xatırladıblar.

Sahibə Qafarova bildirib ki, Azərbaycan və Sudan BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda əməkdaşlıq edir və bir-birlərini dəstəkləyirlər. O, parlamentlərarası əlaqələrin inkişafına maraq olduğunu qeyd edib.

Səfir vurğulayıb ki, o, Milli Məclisin fəaliyyətini diqqətlə izləyir və Azərbaycanın parlamentlərarası dialoqun inkişafındakı rolunu yüksək qiymətləndirir.

Həmçinin Sudanlı tələbələrə təhsil təqaüdlərinin verilməsi də daxil olmaqla humanitar əlaqələr və ikitərəfli gündəliyin digər məsələləri müzakirə olunub.