Report xəbər verir ki, forum geosiyasi parçalanma, iqlim riskləri və rəqəmsal dəyişikliklər şəraitində beynəlxalq əməkdaşlığın müzakirəsi üçün platforma oldu. Forumda dünya liderləri, siyasətçilər və ekspertlər iştirak etdilər.

Mərkəzi forumda Volkan Bozkır, Mariya Fernanda Espinoza, İv Leterm, Tzipi Livni, Şarl Mişel, Amr Musa və Kiril Petkov təmsil etdilər.

Onlar Avropanın gələcəyi, beynəlxalq təhlükəsizlik, Yaxın Şərqdəki vəziyyət, BMT də daxil olmaqla çoxtərəfli institutların rolu, həmçinin qlobal iqtisadi və rəqəmsal proseslərə dair panel müzakirələrdə və debatlarda iştirak etdilər.

Mərkəzin üzvləri həmçinin Avropanın strateji dayanıqlığı, qlobal parçalanma şəraitində beynəlxalq münasibətlər, sülh və təhlükəsizlik məsələlərinə həsr olunmuş xüsusi sessiyalarda çıxış etdilər.

Forum çərçivəsində Mərkəzin baş katibi bir sıra ikitərəfli görüşlər keçirdi.

Xüsusilə, Jelka Cvijanoviç, Aleksandra Papadopulu, Şahzadə Türki əl-Feysəl və Paolo Gentiloni ilə görüşlər baş tutdu. Qlobal çağırışlar, əməkdaşlıq perspektivləri və Mərkəzin gələcək fəaliyyəti müzakirə edildi.