- Министр иностранных дел Азербайджана Джейхун Байрамов посетил Ирпень в рамках официального визита в Украину.
- Байрамов возложил цветы к памятнику в парке имени Зарифы Алиевой.
- Он ознакомился с восстановительными проектами, реализуемыми при поддержке правительства Азербайджана.
- Посетил восстановленную Центральную городскую больницу Ирпеня и Лингвистический лицей №12 имени академика Зарифы Алиевой.
- Представлены планы будущих проектов, включая восстановление Дома культуры Ирпеня.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, nazir İrpendə yerləşən Zərifə Əliyeva parkını ziyarət edərək abidə önünə gül dəstəsi qoyub, həmçinin Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirilən bərpa layihələri ilə tanış olub.
Səfər çərçivəsində Ceyhun Bayramov Azərbaycanın dəstəyi ilə bərpa edilmiş İrpen Mərkəzi Şəhər Xəstəxanasına və Akademik Zərifə Əliyeva adına 12 nömrəli Linqvistik Liseyə baş çəkib. Nazirə görülmüş işlər barədə məlumat verilib.
Eyni zamanda, Ceyhun Bayramova Azərbaycanın gələcəkdə dəstək göstərəcəyi bərpa layihələri, o cümlədən İrpen Mədəniyyət Evinin bərpası ilə bağlı planlar təqdim olunub.
Qeyd olunub ki, səfər Azərbaycanın Ukraynaya göstərdiyi davamlı humanitar dəstəyi və bu ölkənin bərpası, yenidən qurulmasına töhfə vermək əzmini bir daha nümayiş etdirib.
Комментарии
Загрузка…
Оставить комментарий