Mütəxəssis bildirib ki, qarpızın güclü sidikqovucu təsiri böyrəklərə əlavə yük yarada, böyrək daşı olanlarda isə daşların hərəkətinə səbəb ola bilər. Bundan başqa, yüksək qlisemik indeksə malik olduğu üçün qanda şəkərin sürətlə yüksəlməsinə səbəb ola bilər.

Yamilova qeyd edib ki, diabet xəstələri qarpızı yalnız həkim məsləhəti ilə və qanda qlükoza səviyyəsini nəzarətdə saxlayaraq qəbul etməlidirlər.