- На 1 июля 2026 года широкий денежный агрегат M3 составил 52,924 млрд манатов, что на 9,2% больше, чем годом ранее.
- Денежная масса в манатах (M2) на 1 июля 2026 года составила 43,254 млрд манатов, увеличившись на 17,5% по сравнению с аналогичным периодом 2025 года.
- Депозиты до востребования (M1) на отчетную дату достигли 33,632 млрд манатов, что на 14,3% больше, чем в прошлом году.
- Наличные деньги вне банков (M0) на 1 июля 2026 года составили 18,995 млрд манатов, увеличившись на 15% по сравнению с прошлым годом.
- Центральный банк Азербайджана продолжает работу по повышению эффективности денежного обращения и развитию национальной валюты, включая обновление банкнот.
Bundan başqa, 2026-cı ilin iyulun 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 43,254 milyard manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən isə 6,4 milyard manat və ya 17,5% çoxdur.
Həmçinin hesabat dövründə tələbli depozitlər (M1 pul aqreqatı) üzrə göstərici 33,632 milyard manata bərabər olub. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən isə 4,2 milyard manat və ya 14,3% çoxdur.
Eyni zamanda, bu ilin iyulun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 18,995 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən isə 2,5 milyard manat 15% çoxdur.
Həcmi (milyon manat), 1 iyul 2026-cı il tarixinə
Həcmi (milyon manat), 1 iyul 2025-ci il tarixinə
Geniş mənada pul kütləsi (M3 aqreqatı)
Banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı)
Azərbaycan Mərkəzi Bankı (AMB) pul dövriyyəsinin səmərəliliyinin artırılması və milli valyutanın inkişafı istiqamətində bir sıra tədbirləri davam etdirir. AMB-nin baş direktoru Rəşad Məmmədov Trend-ə müsahibəsində bildirib ki, rəqəmsal ödənişlərin sürətlə inkişaf etdiyi bir dövrdə nağd pul maliyyə sisteminin mühüm elementi olaraq qalır və Mərkəzi Bank bu sahədə balanslı siyasət həyata keçirir.
Onun sözlərinə görə, əsas prioritetlər nağd pula əlçatanlığın təmin edilməsi, nağd pul dövriyyəsinin optimallaşdırılması, milli pul nişanlarının müasir təhlükəsizlik elementləri ilə yenilənməsi, ödəniş sistemlərinin dayanıqlılığının gücləndirilməsi və bank sektoru ilə əməkdaşlığın genişləndirilməsidir.
R. Məmmədov qeyd edib ki, Mərkəzi Bank yeni nəsil milli pul nişanlarının hazırlanması istiqamətində də iş aparır.
"2024-cü ildə yeni konsepsiyanın müəyyənləşdirilməsi üçün ictimai sorğu keçirilib və növbəti mərhələdə pul nişanlarının dizaynı və təhlükəsizlik sistemlərinin hazırlanması nəzərdə tutulur"
, - deyə o bildirib.
Комментарии
Загрузка…
Оставить комментарий