- С 5 августа в 11:00 начинается этап выбора вакансий в рамках конкурса по приему учителей на работу.
- На этом этапе первоначально возможность выбора вакантного места предоставляется членам семей шехидов, набравшим минимальный проходной балл на тестовом экзамене.
- Кандидаты имеют право выбрать не более 8 вакантных мест в электронных заявлениях.
- Размещение на выбранные вакансии осуществляется с учетом указанной кандидатом последовательности.
- Кандидаты, отказавшиеся от вакансии после ее занятия, не будут допущены к следующим этапам выбора вакансий.
Bildirilib ki, bu mərhələdə ilkin olaraq vakant yer seçmək imkanı test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvlərinə təqdim edilir:
"Namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla həyata keçirilir".
Qeyd edilib ki, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq:
"Növbəti mərhələlərdə faktiki yaşayış yerinə uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq edilən ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi, eləcə də ümumi vakansiya seçimi turu keçiriləcək. Sözügedən mərhələlərin keçirilmə tarixləri barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək".
Qeyd edilib ki, şəhid ailəsi üzvləri üçün vakansiya seçimi prosesi 6 avqust saat 11:00-dək davam edəcək.
Комментарии
Загрузка…
Оставить комментарий