- С 14 сентября 2026 года начался выбор школ для пятилетних детей по отделениям с обучением на других языках на 2026-2027 учебный год.
- Регистрация продлится до 18:00 14 сентября 2026 года.
- Прием в подготовительные группы осуществляется только для детей 2021 года рождения (исполняется 5 лет в 2026 году).
- Выбор школ для азербайджанского отделения в Баку начался 21 июля в 15:00, в других регионах — в 11:00.
- В 2026-2027 учебном году около 81 000 детей автоматически переведены из подготовительных групп в первый класс.
Day.Az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, valideynlər məktəb seçimini mektebeqebul.edu.az portalı üzərindən həyata keçirə bilərlər.
"Qeydiyyat prosesi 14 sentyabr saat 18:00-dək davam edəcək", - MÜTDA-nın Mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edək ki, 2026-2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi 10 iyuldan etibarən başlayıb. Məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni 2026-cı ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.
Xatırladaq ki, Azərbaycan bölməsi üzrə Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə məktəb seçimi iyulun 21-də saat 11:00-da, Bakı şəhəri üzrə isə həmin gün saat 15:00-da başlayıb.
Bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib. MÜTDA-nın rəsmi saytındakı məlumatlara görə, 06 may 2026-cı il tarixindən etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. MÜTDA-nın son məlumatlarına görə isə 2026-2027-ci tədris ili üzrə uşaqların birinci sinfə qəbulu uğurla davam edir. Bu günə qədər 115 min nəfərdən çox uşağın birinci sinfə qəbulu tamamlanıb.
Комментарии
Загрузка…
Оставить комментарий