Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 30-da ümumi çəkisi 1,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

İyulun 30-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 63 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 2,1 ton çəkidə 1108 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.