Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Şamaxı istiqamətində, Fərman Salmanov küçəsindən Əsəd Əhmədov küçəsinə qədər) 1 avqust saat 06:00-dan 3 avqust saat 06:00-dək yol tam bağlanacaq.

Şeyx Şamil küçəsində (H.Seyidbəyli küçəsindən İstiqlaliyyət küçəsinə qədər) və Lermontov küçəsində (Bünyad Sərdarov küçəsindən Şeyx Şamil küçəsinə qədər) isə 1-3 avqust tarixlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Mikayıl Müşfiq küçəsində (Mətbuat prospektindən Parlament prospektinə qədər) 31 iyul saat 20:00-dan 3 avqust saat 06:00-dək hərəkət qismən məhdudlaşdırılacaq.

Şıxəli Qurbanov küçəsində (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinə qədər) isə 31 iyul saat 20:00-dan 3 avqust saat 06:00-dək yol tam bağlanacaq.

AAYDA sürücülərə hərəkətlərini əvvəlcədən planlaşdırmağı, alternativ marşrutlardan istifadə etməyi və təmir işləri aparılan ərazilərdə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə riayət etməyi tövsiyə edib.