- 15 июля в Азербайджане ожидается до 40 градусов тепла
- В Баку и на Абшеронском полуострове без осадков
- В горных районах возможны кратковременные дожди и град
İyulun 15-də Azərbaycanda 40 dərəcə isti olacaq.
Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 14-18° isti, gündüz 24-29° isti olacaq.
Комментарии
Загрузка…
Оставить комментарий