Day.Az -a açıqlaçasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyib ki, servis haqqının tətbiqi özlüyündə qanunsuz deyil.

Restoran və ya kafe qiymət siyasəti çərçivəsində belə ödəniş müəyyən edə bilər.

"Lakin servis haqqının məbləği və ya faizi sifariş verilməzdən əvvəl menyuda, preyskurantda və ya müştərinin görə biləcəyi başqa formada aydın göstərilməlidir. Azərbaycan qanunvericiliyi istehlakçıya xidmətin qiyməti və əlavə ödənişlər barədə əvvəlcədən tam və düzgün məlumat verilməsini tələb edir. Mülki hüquq baxımından da müştəriyə əvvəlcədən təqdim edilməyən şərt sonradan birtərəfli qaydada müqaviləyə əlavə edilə bilməz. Menyu təqdim edilməyibsə, servis haqqı barədə şifahi və ya yazılı xəbərdarlıq olmayıbsa və bu məbləğ yalnız hesab gətirilərkən ortaya çıxıbsa, müştərinin həmin əlavəyə etiraz etməsi əsaslıdır. Vətəndaş sifariş etdiyi yemək və içkilərin dəyərini ödəməli, lakin əvvəlcədən razılaşdırılmamış servis haqqının hesabdan çıxarılmasını tələb etməlidir. Hesabın, fiskal çekin və mümkün olduqda menyunun fotosunu saxlamaq məqsədəuyğundur", - o deyib.

"Lakin servis haqqının məbləği və ya faizi sifariş verilməzdən əvvəl menyuda, preyskurantda və ya müştərinin görə biləcəyi başqa formada aydın göstərilməlidir. Azərbaycan qanunvericiliyi istehlakçıya xidmətin qiyməti və əlavə ödənişlər barədə əvvəlcədən tam və düzgün məlumat verilməsini tələb edir. Mülki hüquq baxımından da müştəriyə əvvəlcədən təqdim edilməyən şərt sonradan birtərəfli qaydada müqaviləyə əlavə edilə bilməz.

Menyu təqdim edilməyibsə, servis haqqı barədə şifahi və ya yazılı xəbərdarlıq olmayıbsa və bu məbləğ yalnız hesab gətirilərkən ortaya çıxıbsa, müştərinin həmin əlavəyə etiraz etməsi əsaslıdır. Vətəndaş sifariş etdiyi yemək və içkilərin dəyərini ödəməli, lakin əvvəlcədən razılaşdırılmamış servis haqqının hesabdan çıxarılmasını tələb etməlidir. Hesabın, fiskal çekin və mümkün olduqda menyunun fotosunu saxlamaq məqsədəuyğundur", - o deyib.

S. Dübəndi bildirib ki, məsələ yerində həll edilməzsə, vətəndaş restoran rəhbərliyinə yazılı müraciət edə, daha sonra Azərbaycan Respublikası Prezidentinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət verə bilər.

"Agentliyin "195-1-4" çağrı mərkəzindən və rəsmi elektron müraciət imkanlarından istifadə etmək mümkündür. Beynəlxalq təcrübədə də əsas prinsip eynidir: məcburi servis, masa və ya digər əlavə haqlar müştəri sifariş verməzdən əvvəl açıq göstərilməlidir. Avropa İttifaqında istehlakçıya vergilər və əlavə haqlar daxil olmaqla ümumi qiymətin əvvəlcədən bildirilməsi tələb olunur; bir sıra ölkələrdə restoran menyusunda servis haqqının ayrıca göstərilməsi məcburidir. Bəxşiş isə servis haqqından fərqli olaraq könüllü ödənişdir. Yəni biznesin servis haqqı müəyyən etmək hüququ var, lakin müştərinin xəbərsiz olduğu ödənişi sonradan məcburi tələb etmək hüququ yoxdur. Qiymət şəffaflığı həm istehlakçı hüququnun, həm də sağlam biznes etikasının əsas şərtidir", - deyə o vurğulayıb.

"Agentliyin "195-1-4" çağrı mərkəzindən və rəsmi elektron müraciət imkanlarından istifadə etmək mümkündür.

Beynəlxalq təcrübədə də əsas prinsip eynidir: məcburi servis, masa və ya digər əlavə haqlar müştəri sifariş verməzdən əvvəl açıq göstərilməlidir. Avropa İttifaqında istehlakçıya vergilər və əlavə haqlar daxil olmaqla ümumi qiymətin əvvəlcədən bildirilməsi tələb olunur; bir sıra ölkələrdə restoran menyusunda servis haqqının ayrıca göstərilməsi məcburidir. Bəxşiş isə servis haqqından fərqli olaraq könüllü ödənişdir.

Yəni biznesin servis haqqı müəyyən etmək hüququ var, lakin müştərinin xəbərsiz olduğu ödənişi sonradan məcburi tələb etmək hüququ yoxdur. Qiymət şəffaflığı həm istehlakçı hüququnun, həm də sağlam biznes etikasının əsas şərtidir", - deyə o vurğulayıb.