- Гражданин Агасеф Исмаилов распространял ложные сведения о необъективном расследовании его обращений.
- По заявлению Исмаилова было возбуждено уголовное дело в отношении деятельности 'Magna Trans' ООО, проведено расследование.
- Суды установили, что споры между учредителями носят гражданско-коммерческий характер, нарушений закона не выявлено.
- Уголовное дело прекращено за отсутствием события преступления, в возбуждении дела по факту кражи автобусов отказано.
- Генеральная прокуратура призывает СМИ и пользователей соцсетей ссылаться только на официальные источники.
Day.Az xəbər verir ki, sərnişindaşıma xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirən "Magna trans" məhdud məsuliyyətli cəmiyyətinin həmtəsisçisi İsmayılov Ağasəf İslam oğlunun digər təsisçilər tərəfindən Cəmiyyətin əmlaklarının onun məlumatı olmadan satılması və əldə olunan pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətləri əsasında "Magna Trans" MMC-nin fəaliyyəti ilə bağlı cinayət işi başlanılaraq hərtərəfli və obyektiv ibtidai istintaq aparılıb.
Araşdırmalar zamanı, eləcə də müxtəlif instansiya məhkəmələrinin qərarları ilə müəyyən edilib ki, tərəflər arasında yaranmış mübahisələr hüquqi şəxsin təsisçiləri arasında sahibkarlıq fəaliyyətindən irəli gələn mülki-kommersiya münasibətlərinə aid olub. Cinayət işi çərçivəsində təyin edilmiş vergi yoxlaması zamanı da hər hansı qanun pozuntusu aşkar edilməyib.
Toplanmış sübutların məcmusuna əsasən cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işi üzrə icraata qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilib. Həmçinin, Ağasəf İsmayılovun avtobusların oğurlanması barədə müraciəti üzrə aparılmış araşdırma zamanı da iddialar öz təsdiqini tapmadığından cinayət işi başlanması rədd edilib.
Buna baxmayaraq, Ağasəf İsmayılov eyni məzmunlu iddiaları müxtəlif platformalarda təkrar səsləndirməyə davam edib.
Baş Prokurorluq vətəndaş Ağasəf İsmayılov tərəfindən yayılan qeyd olunan məlumatların həqiqəti əks etdirmədiyini bildirərək media subyektlərini və sosial şəbəkə istifadəçilərini yalnız rəsmi mənbələrə istinad etməyə və dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinməyə çağırır.
Комментарии
Загрузка…
Оставить комментарий