Day.Az xəbər verir ki, klinik tədqiqat zamanı iştirakçıların bir qrupu 8 həftə ərzində gündə 5 qram qara zirə tozu qəbul edib.

Nəticədə onların qanında ümumi xolesterin, LDL ("pis") xolesterin və triqliserid səviyyəsi əhəmiyyətli dərəcədə azalıb, HDL ("yaxşı") xolesterin isə yüksəlib. Nəzarət qrupunda isə belə dəyişiklik qeydə alınmayıb.

Tədqiqat müəllifləri hesab edirlər ki, qara zirə gələcəkdə piylənmə və ürək-damar xəstəliklərinin profilaktikasında funksional qida kimi istifadə oluna bilər. Alimlər bu təsirləri daha genişmiqyaslı və uzunmüddətli klinik araşdırmalarla təsdiqləməyi planlaşdırırlar.