Məlumata görə, görüşlər ABŞ və İran arasında keçirilən məsləhətləşmələrdən əvvəl baş tutub. Danışıqlarda Pakistan Silahlı Qüvvələrinin komandanı, feldmarşal Asim Munir də iştirak edib.
Xatırladaq ki, bundan əvvəl İran hakimiyyəti Livanda atəşkəs təmin olunmayınca ABŞ ilə sanksiyalara və İranın nüvə proqramına dair yeni danışıqlar mərhələsinə başlamayacağını bəyan etmişdi.
Hazırda ABŞ və İran nümayəndə heyətləri, eləcə də vasitəçi qismində çıxış edən Qətər və Pakistan nümayəndələri Bürgenştokdadırlar. Danışıqların bir gün ərzində keçirilməsi gözlənilir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий