- В Азербайджане общественные слушания и обсуждения можно будет проводить через Электронную правительственную информационную систему (EHİS).
- Изменения вносятся в законы 'Об утверждении Внутреннего устава Милли Меджлиса Азербайджанской Республики' и 'Об общественном участии'.
- Законопроект предусматривает публикацию информации о слушаниях, выдвижении кандидатов в общественные советы и регистрации через EHİS.
- Изменения также касаются права законодательной инициативы граждан, включая подачу документов в ЦИК и использование электронного кабинета.
- Законопроект принят в первом чтении.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan
"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında"
və "İctimai iştirakçılıq haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, dəyişikliklər ictimai dinləmə və müzakirənin təşkili prosesinin EHİS üzərindən də həyata keçirilməsinin qanunvericilik əsaslarının yaradılmasını özündə ehtiva edir.
Belə ki, təklif edilən dəyişikliklərlə müvafiq subyektlər tərəfindən həyata keçirilən bir sıra hərəkətlərin (ictimai dinləmənin və ictimai müzakirənin təşkili və keçirilmə tarixi barədə məlumatlandırılma, ictimai şuraya namizədlərin irəli sürülməsi, onların qeydiyyatının başlanması və başa çatması vaxtı, ictimai dinləmənin və ictimai müzakirənin keçirilməsi barədə elan), habelə Milli Məclis Aparatında qeydiyyata alınmış qanun layihələri ilə bağlı əlaqəli məlumatların EHİS vasitəsilə açıqlanmasının təmin edilməsi nəzərdə tutulur.
"Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" Qanuna təklif edilən dəyişikliklər də eyni qəbildən olan dəyişikliklərdir və qanunvericilik təşəbbüsü hüququndan istifadənin elektron qaydada təşkili zamanı yaranan prosedurların EHİS vasitəsilə də həyata keçirilməsinin (sənədlərin və məlumatların Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi, təşəbbüs qrupu sədrinin EHİS-dəki elektron kabinetindən istifadə, elektron poçt və ya SMS vasitəsilə məlumatlandırılma və s) hüquqi əsaslarını müəyyən edir.
Qeyd edilib ki, əklif edilən dəyişikliklər qanunvericilikdə mövcud olan hazırki prosedurların həyata keçirilməsində vaxt itkisinin qarşısının azaldılmasına, şəffaflığa və vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Комментарии
Загрузка…
Оставить комментарий