- 8 августа в Мингечауре на берегу реки Кура пройдет открытый заплыв 'Kürü keçək?! 5'.
- Организаторы: Министерство молодежи и спорта, Федерация плавания Азербайджана и Операционная компания Бакинского городского кольца.
- Зарегистрировано рекордное количество участников - 616 человек.
- Самому молодому участнику 12 лет, самому старшему - 79 лет.
- Впервые заплыв проводится на двух дистанциях: 350 метров и 1000 метров.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Day.Az -a verilən məlumata görə, "Kürü keçək?!" son illərdə Azərbaycanda açıq suda üzmə üzrə ən böyük kütləvi idman layihələrindən birinə çevrilib. Layihə sağlam həyat tərzinin təşviqi, su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə təşkil edilir.
"Kürü keçək?!" yarışı Mingəçevirdə artıq 5-ci dəfə keçiriləcək. 2022-ci ildən etibarən keçirilən tədbirə maraq ildən-ilə artaraq bu il rekord həddə çatıb. Belə ki, 2026-cı ildə tədbirdə iştirak üçün 616 nəfər qeydiyyatdan keçib. Yarışın ən gənc iştirakçısı 12, ən yaşlı iştirakçısı isə 79 yaşındadır.
Bu il ilk dəfə olaraq yarış iki məsafə üzrə təşkil olunacaq - 350 metr və 1000 metr. İştirakçılardan 111 nəfər 1000 metr, 505 nəfər isə 350 metr məsafədə mübarizə aparacaq.
Yarış kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçiriləcək: 12-17 yaş, 18-23 yaş, 24-35 yaş, 36-55 yaş, 56-70 yaş və 71 yaşdan yuxarı.
Hər yaş kateqoriyası üzrə kişi və qadınlar arasında ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaq.
Комментарии
Загрузка…
Оставить комментарий