- Опубликованы предварительные результаты вступительного экзамена в магистратуру.
- Экзамен состоялся 14 июня, использовалось 95 заданий.
- Результаты доступны на сайте Государственного экзаменационного центра и через мобильных операторов по номеру 7727.
- Итоговый балл будет объявлен после проверки эссе по иностранному языку, примерно через 4 недели.
- Максимальный балл — 100 (95 за закрытые и кодируемые открытые задания, 5 за эссе).
Magistraturaya qəbul imtahanının ilkin nəticələri açıqlanıb.
Day.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, iyunun 14-də keçirilmiş magistraturaya qəbul imtahanında istifadə olunan 95 tapşırıq üzrə nəticələr artıq elan olunub.
Bakalavrlar imtahan nəticələri ilə DİM-in rəsmi internet səhifəsində tanış ola bilərlər. Həmçinin mobil operatorlar vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərərək nəticələrini öyrənmək mümkündür.
Qeyd olunub ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqlarının yoxlanılmasından sonra, təxminən 4 həftə ərzində təqdim ediləcək.
İştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə maksimum 95, esse tapşırığı üzrə isə 5 bal olmaqla ümumilikdə 100 bal toplaya bilərlər.
Nəticələrlə bağlı apellyasiya müraciətlərinin qəbulu isə yekun imtahan balları elan edildikdən sonra həyata keçiriləcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий