- Средняя стоимость 2-дневного отдыха для семьи из 4 человек в туристических районах Азербайджана составляет 400-1200 AZN.
- Основные расходы приходятся на проживание: отели 100-300 AZN за ночь, аренда жилья 50-200 AZN в день.
- Питание в ресторанах обходится в 100-250 AZN за 2 дня, самостоятельное приготовление — 50-100 AZN.
- Транспортные расходы на личном автомобиле составляют 50-150 AZN, дополнительные развлечения — 50-200 AZN.
- Многие семьи сравнивают внутренний туризм с зарубежными турпакетами.
Day.Az xəbər verir ki, Milli.Az -ın araşdırmasına görə, 4 nəfərlik ailənin (2 böyük, 2 uşaq) Quba, Qəbələ, Şəki, İsmayıllı və Qax kimi turizm rayonlarında 2 günlük istirahəti orta hesabla 400-1200 AZN arasında dəyişir.
Xərclərin əsas hissəsini yerləşdirmə təşkil edir. Bölgələrdə ailə otağı təklif edən hotellərdə bir gecəlik qiymətlər adətən 100-300 AZN arasında dəyişir. Bu isə 2 gecəlik qalma üçün 200-600 AZN xərc deməkdir. Kirayə evlərdə isə qiymətlər nisbətən münasibdir. Ailələrin qala biləcəyi evlərin gündəlik kirayə haqqı əsasən 50-200 AZN arasında dəyişir. Daha komfortlu, hovuzlu villa və kotteclərdə isə qiymətlər 250-500 AZN və daha yüksək ola bilir.
Qidalanma xərcləri də büdcədə mühüm yer tutur. Restoranlarda qidalanan ailələr üçün 2 günlük yemək xərci təxminən 100-250 AZN təşkil edir. Kirayə evdə qalan və yeməyi özləri hazırlayan ailələr isə ərzaq üçün orta hesabla 50-100 AZN xərcləyirlər.
Nəqliyyat üçün şəxsi avtomobildən istifadə edən ailələr yanacaq və digər xərclərə görə 50-150 AZN ödəməli olurlar. Bundan əlavə, kanat yolu, əyləncə mərkəzləri, attraksionlar və digər istirahət xidmətləri üçün 50-200 AZN arasında əlavə xərc tələb oluna bilər.
Beləliklə, bölgələrdə kirayə ev seçən ailələr üçün 2 günlük istirahət təxminən 250-500 AZN-ə, hotel seçənlər üçün isə 400-1200 AZN-ə və ya daha artıq məbləğə başa gələ bilər. Məhz bu səbəbdən son illər bir çox ailə daxili turizmlə yanaşı, xarici istiqamətlərdəki tur paketlərini də müqayisə edir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий