Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 17-18-də bəzi bölgələrdə küləkli hava şəraiti müşahidə olunacaq.

Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Kəlbəcər, Naftalan, Sabirabad, Salyan, Şirvan, Qobustan, Neftçala, Naxçıvan MR-da sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.