- 11 июня прошло заседание Координационного совета по борьбе с легализацией преступных доходов и финансированием терроризма.
- Зампредседателя правительства Самир Шарифов отметил важность подготовки к 32-му пленарному заседанию Группы Эгмонт в Баку 5-10 июля 2026 года.
- Заслушаны отчеты госорганов по самооценке эффективности за 2023-2024 годы.
- Утвержден отчет 'Оценка странового риска в сфере борьбы с отмыванием денег и финансированием терроризма'.
Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
İclası giriş sözü ilə açan Azərbaycan Respublikasının Baş nazirinin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov 2026-cı il 5-10 iyul tarixlərində Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclasına hazırlıq işlərinin mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir. Bildirilmişdir ki, tədbirin yüksək səviyyədə təşkili ilə bağlı təsdiq edilmiş İş planının icra vəziyyəti Koordinasiya Şurasının və aidiyyəti dövlət orqanlarının diqqət mərkəzindədir.
İclasda Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidməti tərəfindən 2023-cü və 2024-cü illər üzrə aparılmış effektivlik üzrə özünüqiymətləndirmə hesabatından irəli gələn məsələlər üzrə aidiyyəti dövlət orqanlarının gördüyü işlər barədə Koordinasiya Şurası üzvlərinin təqdim etdiyi məlumatlar dinlənilmiş və müzakirə edilmişdir.
Eyni zamanda,
"Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkə risk qiymətləndirilməsi"
hesabatı Koordinasiya Şurası tərəfindən təsdiq edilmişdir və Şuranın fəaliyyəti ilə bağlı digər məsələlər nəzərdən keçirilmişdir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий