- Апелляционный суд Баку снизил срок заключения вице-президенту французской компании SAUR Анассу Дерразу с 12 до 9 лет.
- Дерраз обвиняется в попытке получения взятки в размере 6,14 млн долларов от российского олигарха Фархада Ахмедова.
- В обмен на взятку обещалось снятие ареста с яхты 'Луна' и защита Ахмедова от санкций.
- В деле также фигурирует бывший глава службы безопасности президента Франции Александр Беналла.
Day.Az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Anass Derrazın şikayətini qismən təmin edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və onun cəzası 12 ildən 9 ilə endirilib.
İttihama görə, Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derraz rusiyalı oliqarx Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.
Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli "Luna" yaxtasının həbsdən azad ediləcəyini, beynəlxalq sularda üzəcəyini bildiriblər. Bundan başqa tərəflər Fərhad Əhmədovun özünün sanksiyalardan qorunacağını vəd ediblər.
Ümumilikdə 6 milyon 140 min dollar rüşvət verilməsi ilə bağlı razılıq əldə edilib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий