- Министр обороны Азербайджана Закир Гасанов встретился с министром обороны Грузии Ираклием Чиковани.
- Стороны обсудили перспективы сотрудничества в военной, военно-технической и военно-образовательной сферах.
- Делегация посетила Мемориал героев и памятник Гейдару Алиеву в Тбилиси.
Bu barədə Day.Az -a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, protokola uyğun olaraq, təntənəli qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
General-polkovnik Z.Həsənov bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin davamlı olaraq inkişaf etdiyini qeyd edib.
Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevin də iştirak etdiyi görüşdə tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqların yeni perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində nümayəndə heyəti Tbilisi şəhərində yerləşən Qəhrəmanlar Memorialını və Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib, abidələrin önünə əklillər qoyub.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий