Heqset ABŞ prezidenti Donald Trampla danışdığını bildirib. Nazirin sözlərinə görə, İran nüvə ambisiyalarına məhdudiyyətləri qəbul etməkdən imtina edərsə, administrasiya danışıqlardan çıxmağa hazırdır.

Pentaqon rəhbəri əlavə edib ki, prezident vurğulayıb ki, əgər İran nüvə silahı əldə etməyəcəyinə zəmanət verən böyük bir razılaşma istəmirsə, sol tərəfimdəki adamla razılaşa bilər.

Pentaqon rəhbərinin açıqlaması Trampın administrasiya üzvləri ilə Situasiya Otağında görüş keçirməsindən bir neçə saat sonra verilib. Görüşdə onlar İranla danışıqlarda növbəti addımları müzakirə ediblər.