Day.Az xəbər verir ki, o, yüksək karbohidratlı qidaların qanda şəkərin səviyyəsini artıraraq diqqət, yaddaş və mühakimə funksiyalarına təsir göstərə biləcəyini bildirib.

Mütəxəssis qeyd edib ki, piylənmə zamanı qidaya nəzarətin itirilməsi, həddindən artıq yemək istəyi və toxluq hissinin azalması kimi hallar müşahidə olunur. Bu vəziyyət bəzi insanlarda asılılıq davranışlarına bənzər təsirlər yarada bilər.

Drobijev sağlam nəticə üçün qidalanma vərdişlərinin dəyişdirilməsini, zülalla zəngin məhsullara üstünlük verilməsini və müalicə prosesində həkim, psixoloq və digər mütəxəssislərin birgə yanaşmasını tövsiyə edib.