- Фестиваль 'Classics & Supercars' пройдет 6-7 июня в Баку на бульваре.
- Организаторы: Азербайджанская Автомобильная Федерация и Nazar Holdings.
- Автомобили будут разделены на зоны: классические, суперкары и спортивные.
- Участие бесплатное для посетителей, владельцы авто могут зарегистрироваться по email или телефону.
Day.Az xəbər verir ki, "Classics & Supercars" festivalı Azərbaycan Avtomobil Federasiyası (AAF) və "Nazar Holdings"in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçiriləcək.
İki gün ərzində Bakı bulvarını müxtəlif illərə və ölkələrə aid klassik və sürət avtomobilləri bəzəyəcək.
Avtomobillər "Klassik avtomobillər zonası", "Supercar zonası" və "İdman avtomobilləri" zonasında nümayiş olunacaq.
Festivalda Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri sərgilənəcək.
Sərgidə avtomobilləri ilə iştirak etmək istəyən şəxslər [email protected] elektron ünvanına və ya (+99450) 295 01 00 mobil nömrəsinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Ziyarətçilərin tədbirə girişi sərbəstdir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий