- В летние месяцы жара увеличивает риск солнечного удара.
- Особенно уязвимы дети, пожилые, хронически больные и работающие на открытом воздухе.
- Рекомендуется избегать солнца с 11:00 до 17:00, пить достаточно воды, носить светлую одежду и головные уборы.
- Симптомы солнечного удара: высокая температура, сильная головная боль, головокружение, тошнота, слабость, спутанность сознания, сухая горячая кожа.
- При симптомах необходимо переместить пострадавшего в прохладное место, ослабить одежду, охладить тело и вызвать скорую помощь при тяжелом состоянии.
Yay aylarında havaların həddindən artıq isti keçməsi günvurma riskini artırır.
Milli.Az xəbər verir ki, xüsusilə uşaqlar, yaşlılar, xroniki xəstəliyi olan şəxslər və açıq havada çalışanlar daha diqqətli olmalıdırlar.
Günvurmadan qorunmaq üçün aşağıdakılara əməl etmək tövsiyə olunur:
Saat 11:00-17:00 aralığında mümkün qədər birbaşa günəş altında qalmayın. Gün ərzində kifayət qədər su qəbul edin, susuzluğu gözləmədən maye için. Açıq rəngli, nazik və pambıq parçalardan hazırlanmış geyimlər seçin. Papaq, çətir və gün eynəyindən istifadə edin. Günəşdən qoruyucu krem çəkin və lazım olduqda yenidən tətbiq edin. Ağır fiziki fəaliyyəti günün sərin saatlarına planlaşdırın. Avtomobildə, hətta qısa müddətə belə, uşaq və ya ev heyvanını tək qoymayın. Alkoqollu və çox şəkərli içkilərin əvəzinə su və mineral tərkibli mayelərə üstünlük verin.
Günvurmanın əlamətləri arasında yüksək bədən hərarəti, güclü baş ağrısı, başgicəllənmə, ürəkbulanma, halsızlıq, huşun bulanması və quru, isti dəri müşahidə oluna bilər.
Bu əlamətlər yaranarsa, şəxsi dərhal sərin yerə aparmaq, sıx geyimlərini boşaltmaq, bədənini sərinlətmək və vəziyyət ağırdırsa, təcili tibbi yardım çağırmaq lazımdır.
Комментарии
Загрузка…
Оставить комментарий