- Министр экономики Азербайджана Микаил Джаббаров встретился с заместителем председателя совета директоров чешской группы компаний Agrofert Петром Сингом.
- Обсуждались возможности сотрудничества в агропромышленном, химическом и энергетическом секторах.
- Стороны рассмотрели расширение деловых контактов и совместные инвестиционные проекты.
- Азербайджан представил информацию о благоприятном бизнес-климате и реформах в ненефтяном секторе.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Çex Respublikasının aqrar-sənaye sahəsində fəaliyyət göstərən "Agrofert" Şirkətlər Qrupunun Direktorlar Şurasının sədr müavini Peter Singr ilə görüşüb.
Görüşdə "Agrofert" Şirkətlər Qrupu ilə aqrar-sənaye, kimya sənayesi və enerji sektorlarında əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərinə uyğun olaraq biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və işgüzar əlaqələrin təşviqi məsələləri müzakirə olunub. Azərbaycanın əlverişli biznes və investisiya mühiti, qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar və sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.
Tərəflər aqrar-sənaye, kimya sənayesi və enerji sektorlarında əməkdaşlıq imkanlarını, eləcə də investisiya layihələri üzrə birgə fəaliyyət imkanlarını nəzərdən keçiriblər.
Комментарии
Загрузка…
Оставить комментарий