"Burada olmaqdan çox məmnunuq. Forumun Bakıda təşkili yüksək səviyyədədir. Ümid edirik ki, bu tədbir forumda təmsil olunan bütün ölkələr üçün çoxlu imkanlar yaradacaq", - deyə o qeyd edib.

Seneqal rəsmisi həmçinin müasir və dayanıqlı şəhərlərin inkişafı məsələlərinə dair beynəlxalq dialoqun vacibliyini vurğulayıb və qeyd edib ki, bu cür platformalar dövlətlər arasında qabaqcıl təcrübələrin mübadiləsinə töhfə verir.