Vesti.az-ın məlumatına görə, bu barədə APA Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Qurumun məlumatına əsasən, bəzi yerlərdə yağıntılar qısamüddətli, lakin intensiv xarakter daşıyacaq, tufan və dolu, dağlıq rayonlarda isə qar yağması mümkündür.

Həmçinin çaylarda su səviyyəsinin yüksəlməsi və bəzi dağ çaylarında qısamüddətli sel axınlarının ehtimalı proqnozlaşdırılır.