Vesti.az APA-ya istinadən xəbər verir ki, gələn ildən 11-ci sinif şagirdləri üçün yeni imtahan modeli çərçivəsində əlavə vaxt veriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzinin dövlət dili və xarici dillər şöbəsinin müdiri Könül Hacıyeva bildirib.

Onun sözlərinə görə, şagirdlərə əlavə 15 dəqiqə verilməsi planlaşdırılır. Həmçinin tapşırıqların sayı azaldılacaq, yazılı nitq bacarıqları isə ayrıca qiymətləndiriləcək.