- Информационная сессия для медиа прошла в Баку в преддверии WUF13.
- Сессия организована Агентством развития медиа, Университетом ADA и операционной компанией WUF13.
- Обсуждались темы устойчивого развития городов, инклюзивности, зеленого транспорта и микромобильности.
- WUF13 состоится в Баку с 17 по 22 мая.
Report-un məlumatına görə, sessiya Media İnkişafı Agentliyi, ADA Universiteti və WUF13 Azərbaycan əməliyyat şirkətinin birgə təşkilatçılığı ilə keçirilib.
Media İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli çıxışında qeyd edib ki, WUF13 kimi beynəlxalq platformalar davamlı şəhərsalma məsələlərinin müzakirəsi və təcrübə mübadiləsi üçün vacibdir. Onun sözlərinə görə, bu mövzuların mediada düzgün işıqlandırılması xüsusi əhəmiyyət kəsb edir.
ADA Universitetinin akademik məsələlər üzrə prorektorunun müşaviri Aygün Hacıyeva bildirib ki, universitetin bu kimi təşəbbüslərdə iştirakı ölkədə media savadlılığının inkişafına və davamlı inkişaf, müasir şəhərsalma ilə bağlı mövzuların təbliğinə kömək edir.
BMT-nin Yaşayış Məntəqələri Proqramının (UN-Habitat) kommunikasiyalar üzrə direktoru Katerina Bezqaçina qeyd edib ki, WUF13-ün Azərbaycanda keçirilməsi jurnalistlər üçün beynəlxalq ekspertlərlə birbaşa əlaqə və forumun aktual mövzularına çıxış da daxil olmaqla əlavə imkanlar açır.
Sessiya zamanı WUF13-ün mövzuları, Bakının baş planı, əlçatanlıq və inklüzivlik məsələləri, həmçinin yaşıl nəqliyyat və mikromobilliyin inkişafı ilə bağlı məruzələr təqdim olunub.
Qeyd olunub ki, müzakirə olunan istiqamətlər şəhərlərin davamlı inkişafı, inklüziv şəhər mühiti, strateji planlaşdırma və ekoloji təmiz nəqliyyat həllərini əhatə edir.
Sonda iştirakçılar jurnalistlərin suallarını cavablandırıblar.
Xatırladaq ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçiriləcək.
Mənbə: report.az
Комментарии
Загрузка…
Оставить комментарий